Modern.az

Şahzadə küçədə jurnal satır - VİDEO

Şahzadə küçədə jurnal satır - VİDEO

Aktual

10 İyun 2022, 08:57

Böyük Britaniya taxtının varisi, Kembric hersoqu şahzadə Uilyam küçədə jurnal satarkən görüntülənib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Uilyam paytaxt Londonda əlində “The Big Issue” jurnalı satan zaman kameralara tuş gəlib.

 

Məlumata görə, adıçəkilən jurnalı London küçələrində adətən evsiz insanlar pul qazanmaq məqsədilə satırlar. Şahzadə onlar kimi jilet və papaq geyinərək, küçədə satışa başlayıb.

 

Qeyd edək ki, yoldan keçənlərin diqqətini çəkən şahzadə onu tanıyanlarla şəkil çəkdirib, söhbət edib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı