Modern.az

Futbolda 5 dəyişiklik qaydası daimi əsasda təsdiqləndi

Futbolda 5 dəyişiklik qaydası daimi əsasda təsdiqləndi

مورد توجه

13 İyun 2022, 15:46

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda bir matç ərzində 5 dəyişiklik qaydasını daimi əsasda təsdiq edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

 

Bundan başqa, IFAB futbolda ofsaydın avtomatik müəyyən olunması qaydaları üzərində işlədiyini açıqlayıb.

 

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası zamanı futbol təqvimində sıxlıq yarandığı üçün beynəlxalq federasiyalar əvəzetmə sayını üçdən beşədək artırılması barədə razılığa gəlmişdi. Bu qayda bir müddət eksperimental şəkildə tətbiq olunduqdan sonra daimi əsasda qüvvəyə minib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı