Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, tədbir nəticəsində əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tutulub.
Aparılan araşdırmalar zamanı onun Xırdalan şəhəri ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə Xırdalan şəhərində soyğunçulıuq edən əvvəllər rməhkum olunmuş Valeri Kulikov saxlanılıb.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.