Modern.az

Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılışı oldu

Gəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılışı oldu

Current

26 İyun 2022, 10:25

Bu gün Gəncədə Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, 26 iyun – Silahlı Qüvvələr Günündə qardaşlıq naminə canlarından keçən qəhrəmanların xatirəsinə ucaldılan abidənin açılışı dostluq və əbədi qardaşlığımızın bariz nümunəsidir.

 

Səfir Cahit Bağçı çıxışında deyib ki, Türkiyə hər zaman qardaş ölkə Azərbaycanın yanında olub. Onun sözlərinə görə, Nuri Paşanın rəhbərliyi ilə 1918-ci ildə Qafqaz İslam Ordusu necə Azərbaycanın yanında oldusa, 102 il sonrada Türkiyə dövləti Vətən müharibəsi zamanı qardaş Azərbaycanı tək qoymayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı