Modern.az

Dərman təminatı da icbari tibbi sığortaya daxil ediləcək

Dərman təminatı da icbari tibbi sığortaya daxil ediləcək

Current

1 İyul 2022, 11:16

“Tibbi xidmətlər zərfinə gələcəkdə dərman təminatının da daxil edilməsi planlaşdırılır. Bunun üçün dərman təminatı ilə bağlı artıq aptek şəbəkələrinin də Agentliklə müqavilə bağlayaraq prosesə cəlb olunması nəzərdə tutulur".

 

Modern.az xəbər verir ki, bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə İcbari tibbi sığorta üzrə dövlət agentliyinin idarə heyətinin sədri Zaur Əliyev deyib.

 

"Xidmətlər zərfi bizim ən mühüm ana sənədimizdur. Xidmətlər zərfi ildən-ilə artır və artıqca özəl sektorun cəlb edilməsində yeni imkanlar yaranır. Gələcəkdə dərman təminatının da xidmətlər zərfinə salınması planlaşdırılır", - deyə Zaur Əliyev qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı