Modern.az

Güləşçimiz Avropa çempionatında final görüşünə çıxır

Güləşçimiz Avropa çempionatında final görüşünə çıxır

Aktual

1 İyul 2022, 14:02

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, qadın güləşçilərin mübarizəsində millimizin üzvü Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib - 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi dörddəbir finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb - 4:10.

 

Birgül Soltanova səkkizdəbir finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Millimizin üzvü növbəti mərhələdə litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı “tuşe” ilə məğlub edən B.Soltanova finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşacaq.

 

Mübarizəyə dörddəbir finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün M.Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Bunun üçün idmançımız macarıstanlı Sofiya Viraqa qalib gəlməlidir.

 

Bu çəki dərəcələrində medal qarşılaşmaları iyulun 1-də keçiriləcək.

 

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qitə birinciliyində qızıl, Əsmər Canqurtaran (50 kq) isə bürünc medala sahib olublar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı