Modern.az

Şəkidə maşın ağaca çırpılıb - Xəsarət alanlar var

Şəkidə maşın ağaca çırpılıb - Xəsarət alanlar var

Aktual

1 İyul 2022, 19:27

Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Baş Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Baş Küngüt kənd sakini, 42 yaşlı Cəfər Əliyevin idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü C.Əliyev və onun sərnişini, 28 yaşlı Şahin Əliyev xəsarət alıb.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı