Modern.az

“İlham Əliyevin Tehrana səfəri gündəmdədir” - Nazir

“İlham Əliyevin Tehrana səfəri gündəmdədir” - Nazir

Aktual

5 İyul 2022, 10:56

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian özünün tvitter səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünü dəyərləndirib.
 

Modern.az-ın məlumatına görə, Əmir Abdollahian bu sözləri paylaşıb:
 

"Qardaşım Ceyhun Bayramovla mühüm və mehriban görüşüm oldu. Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olundu, Qarabağ münaqişəsinin ərazi bütövlüyünün qorunması və suverenliyə hörmət prinsipləri əsasında sülh yolu ilə həlli vurğulandı. Münasibətlər düzgün istiqamətdə davam edir və cənab İlham Əliyevin Tehrana səfəri iki ölkənin gündəmindədir”.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı