Modern.az

“Donuz qanını evə sürtmək murdar hərəkətdir” – Hacı Surxay

“Donuz qanını evə sürtmək murdar hərəkətdir” – Hacı Surxay

Aktual

25 Avqust 2022, 18:08

"Tarix boyu haqla batilin savaşı olub. İslam tarixinin fəlsəfəsinə görə haqq qələbə çalır. 44 gün Vətən müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımızda haqq-ədalət öz yerini tapdı".

 

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib.

 

"Ali Baş Komandanın və ordumuzun səfərbərliyi nəticəsində öz torpağımızdan erməni vandallarını çıxardıq. Hər bir xalq öz torpağını müdafiə edirsə, orda mütləq şəhid verməlidir. 30 il bizim işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması və Allahın bəyənmədiyi heyvanların Allahın evinə buraxılması vandallığın təzahürü idi. Bu, erməni cinayətkarlarının cinayəti idi. Şükürlər olsun ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi. Amma buna baxmayaraq, erməni düşmənlərinin bizim torpaqlarımızda hələ də gözü var. O ki qaldı ermənilərin Laçını tərk edərkən donuz qanını evlərə sürtməyinə, ermənilər bununla bir daha öz murdar hərəkətlərini ortaya qoydular. Onlar buna nail ola bilməyəcəklər. Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs kimi qorunur", - deyə hacı Surxay Laçını tərk edən ermənilərin evlərə donuz qanını sürtməyinə münasibət bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı