Modern.az

Qrupun ən güclüsü “Olimpiakos”dur – “Qarabağ”ın rəqibi

Qrupun ən güclüsü “Olimpiakos”dur – “Qarabağ”ın rəqibi

Güncel

27 Avqust 2022, 10:54

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Nant"ın (Fransa) baş məşqçisi Antuan Kombuare turnirin püşkü barədə fikirlərini bölüşüb. 

 

Modern.az xəbər verir ki, o, yarışda sonadək mübarizə aparmaq niyyətində olduqlarını deyib: 

 

"Qrupdakı ən güclü komanda "Olimpiakos"dur. Çətin qrupda yer almışıq. Çünki biz kiçik barmağıq və Avrokuboku yenidən kəşf edəcəyik. Bəzi futbolçular "Roma", "Mançester Yunayted", "Arsenal" kimi nəhəng komandalara qarşı oynamaq istəyirdi. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik".

 

Qeyd edək ki, "Qarabağ"ın G qrupundakı digər rəqibləri "Frayburq" (Almaniya) və "Olimpiakos"dur (Yunanıstan).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı