“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən Modern.az-a bildirilib ki, növbəti həftə (avqustun 29-dan sentyabrın 2-si tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 11:00-dan 12:00-dək Tovuz şəhərində (Şəhər Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Qazax şəhərində (Heydər Əliyev prospekti, Mərkəzi Xəstəxananın yanı), 4-cü günü saat 11:00-dan 12:00-dək Ağstafa şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Daşkəsən şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşıb “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.