Modern.az

"Azəriqaz" rəsmiləri Salyanda sahibkarlarla görüşəcək

مورد توجه

12 Sentyabr 2022, 10:04

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

“Azəriqaz” İB-dən Modern.az-a verilən məlumata görə, KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq.

 

Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 14-də saat   11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı