Modern.az

Erməni milyarderin Şuşa təxribatı...

Erməni milyarderin Şuşa təxribatı...

Aktual

12 Sentyabr 2022, 16:12

Erməni iş adamı Ruben Vardanyan Şuşa rayonunun Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan kəndlərinə qanunsuz səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Vardanyan özünün feysbuk hesabında məlumat paylaşıb.

 

O, Böyük Qaladərəsi, Kirov, Sarıbaba və Turşsu kəndlərinə baş çəkdiyini, orada yaşayan ermənilərlə görüşdüyünü bildirib. Erməni milyarder sosial şəbəkə paylaşımında erməni xislətindən çıxış edərək, təxribatçı mövqe sərgiləyib, eyni zamanda Qarabağda yaşayan ermənilərə yardım edəcəyini vəd edib. 

 

Qeyd edək ki, Ruben Vardanyan bir müddət öncə Rusiya vətəndaşlığından imtina edərək, Xankəndi şəhərinə köçəcəyini bəyan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı