Modern.az

Sabah Sumqayıtda qaz kəsiləcək

Sabah Sumqayıtda qaz kəsiləcək

Aktual

12 Sentyabr 2022, 16:28

13 sentyabr 2022-ci il saat 09:30-dan etibarən “Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində təmir işləri aparılacaq.

 

Bu barədə "Azəriqaz" İB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. 


Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı