UEFA Avropa Liqasının G qrupunun II turu çərçivəsində Bakıda keçirəcək "Qarabağ" və Fransanın "Nant" komandası arasındakı matçın video-köməkçi hakimləri (VAR) açıqlanıb
Modern.az xəbər verir ki, VAR sisteminə İtaliyadan olan hakimlər 38 yaşlı Luka Payretto və onun 45 yaşlı köməkçisi Cakomo Paqanessi olacaq.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Nant" matçı saat 20:45-də başlayacaq.