Modern.az

Abşeron xəstəxanasında ciddi pozuntular AŞKARLANDI

Abşeron xəstəxanasında ciddi pozuntular AŞKARLANDI

Aktual

13 Sentyabr 2022, 16:26

Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2017-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayına qədərki maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən yoxlama zamanı isə işçilərə fasiləsiz əmək stajına görə vəzifə maaşının 30 faizi əvəzinə 40 faizi məbləğində əlavə haqq kimi, koronavirusla mübarizə tədbirlərinə cəlb olunan bəzi qeyri-tibb işçilərinə isə aylıq vəzifə maaşının 3 misli əvəzinə 5 misli məbləğində müddətli əlavə ödənildiyi aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, həmçinin, normadan artıq ərzaq məhsullarının istifadəsinin rəsmiləşdirildiyi, menyu-tələbnamələrdə xəstələrin saylarının artırılması hesabına ərzaq məhsullarının qanunsuz uçotdan silindiyi, eləcədə, təbii qaz xərcinin artıq ödənildiyi müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı