Modern.az

Şəhid Ümid Həsənov torpağa tapşırılıb - FOTOLAR

Şəhid Ümid Həsənov torpağa tapşırılıb - FOTOLAR

Aktual

14 Sentyabr 2022, 16:28

Milli Məclisin deputatı Vahid Əhmədov, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçu Həsənov Ümid İlqar oğlunun dəfnində iştirak edib.

 

Modern.az xəbər verir ki, Qubanın İsnovqışlaq kənd qəbiristanlığında baş tutan izdihamlı dəfn mərasimində çıxış edən deputat şəhidin doğmalarına və əzizlərinə baş sağlığı verib və onlara Allahdan səbr diləyib.

 

Vahid Əhmədov şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini bildirərək,onları Azərbaycanın müstəqilliyinin bünövrəsi adlandırıb.

 

Dəfn mərasiminin sonunda cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı deputat Vahid Əhmədov tərəfindən şəhidin atasına təqdim olunub.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı