Modern.az

Qırğızıstan-Tacikistan sərhədində atışma gedir

Qırğızıstan-Tacikistan sərhədində atışma gedir

Aktual

16 Sentyabr 2022, 08:00

Qırğızıstan-Tacikistan dövlət sərhədində silahlı toqquşmalar davam edir.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

 

Bildirilib ki, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq qalır. Məlumata görə, Tacikistan tərəfi Batken vilayətinin Leylek rayonunun Kulundu, Maksat və Janı-Jer ərazilərini atəşə tutmağa başlayıb.

 

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin bu istiqamətdə dislokasiya olunmuş sərhəd xidmətinin hərbçiləri cavab tədbirləri görür.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı