İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olma əlavə 1 il artırılacaq.
Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair məlumatında qeyd olunub.
Bildirilib ki, bu, 2023-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.
Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 01.01.2023-cü ildən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslərin özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunması nəzərdə tutulur.