Modern.az

“Qarabağ”ın oyununda kütləvi dava olub

“Qarabağ”ın oyununda kütləvi dava olub

Aktual

16 Sentyabr 2022, 17:44

AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarları cəzalandırıb.

 

Modern.az-ın məlumatına görə, insident V turun “Kəpəz” – “Qarabağ” oyununda baş verib.

 

Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava baş verib. Nəticədə hakim 7 nəfərə - “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.

 

AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı