Modern.az

Nuşirəvan Məhərrəmli 6 milyonun hara xərclənəcəyindən danışdı

 Nuşirəvan Məhərrəmli 6 milyonun hara xərclənəcəyindən danışdı

Aktual

5 Aprel 2013, 16:42

“Prezident İlham Əliyevin milli televiziya filmlərinin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) 6 milyon manat vəsait ayırması bu sahəyə ciddi dəstək olacaq”. Bu sözləri Modern.az saytına açıqlamasında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib. O, qeyd edib ki, birinci mərhələdə ayrılan vəsait televiziya kanallarında çəkilən seriallar, həm kinoprodakşnlarla birgə əməkdaşlıq bu sahəyə yeni nəfəs gətirdi. “Bu sahədə maddi-texniki bazanın təminatında da bir az irəliləyiş oldu. Ümumiyyətlə prodakşnlar və televiziya kanalları bu sahə ilə bağlı böyük təcrübə topladılar. Hesab edirik ki, ikinci mərhələ birincidən daha keyfiyyətli olması ilə fərqlənəcək. Artıq televiziya kanallarından, kino prodakşnlardan da keyfiyyətli seriallar arzulayacağıq. Bunun üçün də bunlar üzərində olan nəzarəti gücləndirəcəyik”.

N. Məhərrəmli qeyd edib ki, birinci mərhələdə telekanallarda göstərilən seriallar arasında bizi qane edən və etməyənlər də var. “Bütövlükdə proses qənaətbəxşdir. Bu işə başlamaq lazımdır ki, irəliyə getmək mümkün olsun. Nöqsanlar qalır və növbəti mərhələdə bu nöqsanların aradan qaldırılmasına çalışacağıq. Çalışacağıq ki, bu sahədə müəyyən bir canlanma hiss olunsun. Azərbaycanın efirində milli-mənəvi dəyərlərimizə uyğun seriallar olsun. Bu sahədə bayağı, şit, lazım olmayan mövzulara müraciət olunmamalı, insanların qıcıqlandıran mövzulardan qaçınılmalıdır. Çalışacağıq ki, bu işlə məşğul olanlar bunlara fikir versinlər”.

MTRŞ sədri ayrılan vəsaitin telekanallar arasında bölünməsi məsələsinə də münasibət bildirib. “Sərəncam hələ dünən imzalanıb və çalışacağıq ki, bu məsələni daha optimal variant da həll edək. Müəyyən müzakirələr aparaq, hazırlıqlar görək və ondan sonra bu vəsaiti mərhələ-mərhələ lazımi qurumlara ödəyək”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı