Modern.az

Keçmiş rektor pilləkənlərdən yıxılıb öldü

Keçmiş rektor pilləkənlərdən yıxılıb öldü

Aktual

21 Sentyabr 2022, 13:02

Moskva Aviasiya İnstitutunun (MAİ) keçmiş rektoru Anatoli Geraşenko təhsil ocağının divarları arasında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
 

Hadisənin sentyabrın 21-i səhər saatlarında baş verdiyi bildirilir. Təhsil müəssisəsinin keçmiş rəhbəri pilləkənlərdə yıxılaraq aşağı yumalanıb.

Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə gələn xilasedicilər onun həyatını xilas edə bilməyiblər.
 

Mərhum professorun 73 yaşı var idi. Son vaxtlar institutda MAİ rektorunun müşaviri vəzifəsində çalışırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı