Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev raket hücumuna məruz qalıb. Ardınca şəhərdə güclü partlayışlar olub.
Modern.az-ın xəbərinə görə, Kiyevdə azı üç partlayış səsi eşidilib. Kiyev meri Vitali Kliçko Şevçenko rayonunda baş verən partlayışları təsdiqləyib.
"Şevçenkovski rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib”, - deyə o, teleqramda yazıb. Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Kiyevə raket hücumunu əks etdirən görüntüləri təqdim edirik: