Modern.az

Bu tarixdə Günəş tutulacaq

Bu tarixdə Günəş tutulacaq

Aktual

10 Oktyabr 2022, 13:28

2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək.

 

BDU-nun Astrofizika kafedrasından Modern.az-a verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır.

 

Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

 

Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı