Modern.az

Ermənistanda hərbçi özünü ASDI

Ermənistanda hərbçi özünü ASDI

Aktual

22 Oktyabr 2022, 15:14

Ermənistanda müqaviləli hərbi qulluqçu intihar edib.

 

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 20-də Dərələyəz bölgəsində kəndlərdən birində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.

 

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini asılmış vəziyyətdə aşkar ediblər. Hərbçinin intihar məqsədilə özünü asdığı məlum olub.

 

Faktla bağlı cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı