Modern.az

Paşinyan Putinlə sərhədlərin delimitasiyasını müzakirə etdi

Paşinyan Putinlə sərhədlərin delimitasiyasını müzakirə etdi

Aktual

31 Oktyabr 2022, 16:46

Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə ilkin mövqelərə çəkilməsi üçün Rusiyanın aydın mövqeyi vacibdir.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
 

Sərhədlərin delimitasiyası və demarkasiyası kontekstində baş nazir qeyd edib ki, bu prosesin əvvəlində İrəvan dəfələrlə vurğulayıb ki, ilk növbədə, sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsini artırmaq üçün mexanizmlər yaratmaq lazımdır.


"Rusiyanın mövqeyi ondan ibarət idi ki, delimitasiya komissiyasının yaradılması özü sərhəd təhlükəsizliyi mexanizminə çevriləcək. Biz bu mövqeyi bölüşməmişik, lakin sonda strateji müttəfiqimiz olan Rusiyanın şərhinə bel bağlamaq qərarına gəldik”, - deyən Paşinyan sentyabrın 13-də Azərbaycan qoşunlarının sərhəddə irəlilədiyini və Ermənistan ərazisinə daxil olduğunu narazılıqla vurğulayıb.

“Məhz buna görə də Rusiyanın Azərbaycan qoşunlarının 2021-ci il mayın 11-dən əvvəlki mövqelərə çıxarılmasının zəruriliyi ilə bağlı dəqiq mövqeyi Ermənistan üçün indi vacibdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı