Modern.az

Bayden: Tvitter dünyaya yalanlar püskürür

Bayden: Tvitter dünyaya yalanlar püskürür

Aktual

5 Noyabr 2022, 13:26

ABŞ prezidenti Co Bayden “Tvitter” kompaniyasının sahibkar İlon Mask tərəfindən alınmasından narahat olduğunu bildirib. Onun fikrincə, “Tvitter” dünyaya yalanlar püskürən alətə çevrilib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Bayden bu barədə Çikaqo şəhərində keçirilən seçkiqabağı tədbirdə danışıb.

 

"Hazırda hamımızı narahat edən budur: İlon Mask bütün dünyaya yalanlar yayan, püskürən bir alət götürür və satın alır", - Co Bayden çıxışında deyib.

 

Xatırladaq ki, İlon Mask “Tvitter”i 44 milyard dollara satın alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı