Modern.az

Laçın yolunda son vəziyyət - Aksiyadan yeni xəbər

Laçın yolunda son vəziyyət - Aksiyadan yeni xəbər

Current

29 Dekabr 2022, 22:25

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, könüllülərin və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında ruh yüksəkliyi ilə davam edir.

 

Modern.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

 

Etirazçılar ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.

 

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 18 gündür davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı