“Teknofest İzmir” festivalı Türkiyədə baş vermiş zəlzələ fəlakəti səbəbindən ertələnib.
Modern.az xəbər verir ki, bu baradə məlumat “Teknofest”in tviter səhifəsində paylaşılıb.
Bildirilib ki, martın 16-19-da Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan “Teknofest” Aerokosmik və Texnologiya festivalı təxirə salınıb.