Modern.az

Putin Təhlükəsizlik Şurasın üzvləri ilə müşavirə keçirdi

Putin Təhlükəsizlik Şurasın üzvləri ilə müşavirə keçirdi

Aktual

10 Mart 2023, 14:25

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında müşavirə keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Müşavirədə Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

 

İclasın detalları hələlik açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı