Modern.az

Zəngilanda xəstəxana tikintisi YEKUNLAŞIR

Zəngilanda xəstəxana tikintisi YEKUNLAŞIR

Aktual

10 Mart 2023, 16:00

Zəngilan rayonunda modul tipli xəstəxananın tikintisi 90 faiz tamamlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Cəbrayılda məktəbin tikintisi 32 faiz tamamlanıb: "Cəbrayıl mərkəzi xəstəxanasının və Zəngilanda 930 saylı məktəbin layihələndirilməsi də tamamlanıb".

 

O, həmçinin, Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 38 faiz, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinin isə 68 faiz tamamlandığını qeyd edib. Bundan başqa, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunun 70 faizi, Qubadlı-Eyvazlı avtomobil yolu 40 faiz, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolu isə 46 faiz inşa olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı