Bakıda həbsdə olan şəxsin evində silah aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin və Bakı istintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyi Baş Cinayət-axtarış İdarəsinin və Sabunçu rayon Polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinin arxasında gizlətdiyi 1 ədəd Vinçester markalı silah və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.