Modern.az

Azərbaycanda əsgər əsgəri güllələdi

Azərbaycanda əsgər əsgəri güllələdi

مورد توجه

20 İyul 2013, 11:01

Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını gülləyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov posta olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Nəticədə Ş. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı