Modern.az

Türkmənistan şirkəti Moskvaya uçuşları dayandırdı

Türkmənistan şirkəti Moskvaya uçuşları dayandırdı

Aktual

2 Avqust 2023, 08:52

Türkmənistan Hava Yolları aviaşirkəti avqustun 1-dən Moskvaya uçuşları dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yer alıb.

 

Bildirilib ki, bunun əvəzinə Aşqabad-Kazan-Aşqabad marşrutu üzrə uçuşlar həyata keçiriləcək.

 

Şirkət uçuşların dayandırılmasına səbəb kimi Moskvanın hava zonasındakı vəziyyəti əsas gətirib.

 

Qeyd edək ki, son günlər Rusiyada əlverişsiz hava şəraiti hökm sürməkdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı