Modern.az

Neft və Qan!

Neft və Qan!

Aktual

20 Sentyabr 2013, 16:30


Yüz ildən artıqdır ki, bu sözlər az qala sinonim məna daşıyır. Çünki neft və qan bu illər ərzində bu dövr ərzində ayrı-ayrı ölkələrin həyatında bəlalar, müharibələr ayrı-ayrı itkilər və s.lə müşayiət olunub. Dünyada neft ehtiyatlarının bir çoxu hansısa səbəbdən müsəlman ölkələrinin ərazilərinə düşür. Belə demək mümkündür ki, harda neft var, orda müsəlmanlar yaşayır və çox təəssüf olsun ki, harda müsəlmanlar var orda bir çox münaqişələr və müharibələr mövcuddur. Dünyanın neft ehtiyyatlarının üçdə ikisi onların ərazilərinə düşür. Lakin çox şükürlər olsun ki, Azərbaycan neft ölkəsi olsa da bu bəlalardan özünü hifz edə bilib.

Bütün bunlar Ulu Öndərin siyasi zəkası və böyük iradəsi hesabına mümkün olubdur. Biz həmin neft hesabına sovet dövründən sonra dağılmış iqtisadiyyatı bərpa edə bildik. Biz həmin neft hesabına Qarabağ müharibəsinin vurduğu yaraları sağaltmaq imkanı əldə elədik. Biz humanitar fəlakətdən xilas olduq. Biz çiy kərpiclərdə, vaqon evlərdə, çadır şəhərciklərində yaşayan 1 milyona qədər qaçqını normal qəsəbələrə köçürə bildik. Bütün bunlardan sonrakı hədəflər Azərbaycanda dəyişdi. İndi artıq ölkəmizin əsas hədəfi alternativ iqtisadiyyat, neftə paralel bir iqtisadiyyat yaratmaqdır ki, neft sindromundan, holland sindromundan və s. asılı olmayaq. Bunun əsas nümunəsi kimi mən deyərdim ki, Azərbaycan artıq Türkiyənin iqtisadi həyatında iştirak eləməkdədir. Mən, PETKİM neft-kimya sənayesinin alınmasını misal göstərə bilərəm. Gürcüstanın Kulevi terminalı və onun 62%inin enerji sisteminə nəzarət də bunun nümunəsidir. Polşanın, Rumınyanın iqtisadi həyatına təsir və orada iştirak bu qəbildəndir. Azərbaycan eyni zamanda kosmik fəzaya özünün peykini çıxarmaqla təkcə bir hansısa beynəlxalq prosesdə iştirak etmək niyyətini güdməyib, eyni zamanda daha da artıq dərəcədə ildə 450 milyon dollardan artıq vəsait qazanmağı hədəf seçibdir. Düşünürəm ki, bütöv bu proses davam etdikcə Biz bir daha görmüş olacayıq. Azərbaycan neftdən asılı olmayan proporsional inkişaf edən bir ölkəyə çevrilməkdədir. Mən, bunun üzərində öz təkliflərimi səsləndirəcəyəm.

Millət vəkili Zahid Oruc
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı