Modern.az

“Şimal ayısının” qəzəbi, İŞİD-in şəriəti

“Şimal ayısının” qəzəbi, İŞİD-in şəriəti

Current

15 İyun 2014, 11:54

 

Namidə BİNGÖL

Yola saldığımız həftə Azərbaycan siyasi arenası üçün məhsuldar həftə kimi yadda qaldı. Türkdilli ölkələrin parlament assambleyaları (TürkPA)Bakıda toplandı. Türkdilli ölkələrin əməkdaşlıq fəaliyyətini yüksək qiymətləndirən Milli Məclisin spikeri Oqtay Əsədov TürkPA-nın fəaliyyət istiqamətlərinin perspektivlərindən söz açıb. TürkPA-nın 5-ci plenar iclası uğurla işini başa vurdu.

Ukraynada prezident seçkilərindən sonra demək olmaz ki, siyasi çevrə tam olaraq sakit ab-hava ilə müşayiət olunur. Krımın işğalından sonra Ukraynada ara qarışdı, məzhəb itdi. Krımın ardınca, Donetsk və Luqansk vilayətlərinin Rusiya yönümlü separatçılar və yaxud elə Kremldən birbaşa idarə olunan qüvvələr tərəfindən işğal edilməsi adıçəkilən ölkəyə deyəsən, baha başa oturub. Yeni prezident Pyotr  Poroşenko deyir yox e, Rusiyanı bağışlaya bilmərəm. Nə billah olur olsun, Donetsk və Luqansk vilayətlərindəki münaqişələr aradan qaldırılmasa, Rusiyaya güzəştə gedə bilmərəm.  Hə Pyotr Poroşenko, siz hələ Putini yaxşı tanımırsınız. Baxmayaraq ki, Putinin rəngi sarıdır, elə ki sifəti döndü, “şimal ayısı”nın rəngi qızarır və həmin zaman onun gözünə görünməmək məsləhətdir.  

Məgər bilmirsiniz ki, “Şimal ayısı”  sizin haqqınızda nə düşünür?! Enerji mübadiləsində  hədsiz endirimlər təklif etməyiniz  “şimal ayısı”nı yaman qəzəbləndirib. Deyir, belə təklifin arxasında duran məqsəd bəlli deyil.  

Bu arada bir-iki gün bundan qabaq  Ukraynanın şərqində separatçılar tərəfindən  hərbçilərin olduğu vertolyot qəzaya uğrayıb. Rusiyameylli qüvvələrin törətdiyi söylənilir.  Belə getsə, Putinin hədəf ölçüləri, istiqamətini, yenidən Ukraynanın zərərinə dəyişəcək.  

İndi isə yola saldığımız həftənin əsas hadisəninə keçək. İraq Şam İslam Dövləti  (İŞİD) adlı radikal dindar terror qruplaşması irimiqyaslı əməliyyatlar nəticəsində Mosul və Tikrit şəhərlərini ələ keçirdi. Mosuldakı Türkiyə baş konsulluğunun diplomatlarını girov götürməklə regionda cərəyan edən gərginliyi bir az da alovlandırdı. Təbii ki, İŞİD radikal qruplaşmanın hədəfə aldığı dairələr, gərginliyin daha təhlükəli olacağını proqnozlaşdırmağa əsas verir. Məzhəb separatçılığının İslam dünyasına vurduğu zərbənin təsir hədəfləri çoxşaxəlidir.  

Burda qadınlar zorakılığa məruz qalır, uşaqlar “ölümün qucağı”na daha ağır formada atılır, insanların kütləvi  şəkildə toplaşdığı məkanlar qan gölməçələrinə çevrilir. Səbəb isə sadədir. Məzhəb ayrıseçkiliyindən doğan terror qruplaşması İslam dövlətlərini “qara  bayraq” altında birləşdirmək istəyir. “Ərəb baharı”nın start götürdüyü ölkələrdə terror qruplaşmalarının əlində oyuncağa çevrilən dövlətlərin idarəetmə üsulu tərəfdarlarla əleyhdarlar arasında cərəyan edir. Görünür, İraq, Suriya, Əfqanıstan, Liviya, Misir dövlətlərində barrikadalarını quran terror  birləşmələri yeni hədəflər axtarışındadır. İŞİD şəriət hökmlərindən irəli gələn məqsədlə tərtib etdiyi “qara siyahı”ya Azərbaycan və Türkiyə dövlətlərini də əlavə edib. Xüsusilə yoluna Türkiyə  baş konsulluğunun diplomatlarını girov götürməklə davam edən İŞİD qruplaşması region üçün çox böyük təhlükə mənbəyinə çevrilib.  

Maraqlıdır ki, Türkiyədə hazırkı hakimiyyətə əks qütbdən mübarizə aparan qruplaşmalar İŞİD-in işini bir növ dəstəkləyir. Xüsusilə,  İraqın keçmiş prezident köməkçisi Tarık Əl Haşimi İŞİD terror təşkilatını təbrik edib. Nəzərə alsaq ki, Haşimi sığınacağını Türkiyədə tapıb və AKP tərəfindən dəstəklənib, deməli, zamanında  İraqa təslim olmamasının təəssüfünü çəkir.   Amma Türkiyə baş konsulluğu diplomatlarının terror qruplaşması tərəfindən girov götürülməsinə Haşiminin göz yumması və İŞİD-ə mənəvi dəstək nümayiş etdirməsi ağlabatan deyil.   

Azərbaycanın, İŞİD-in qara xəristəsinə daxil olması narahatlıq yaratmaya bilməz. Çünki Suriyada Bəşər Əsəd tərəfdarlarına qarşı əleyhdarlarla mübarizəyə qoşulanlar sünni-şiə məzhəbinin qurbanlarıdır.  

Buna baxmayaraq, maraqlı bir məqam diqqətimi çəkdi. Sələfilərin lideri Hacı Qamət mətbuata açıqlamasında məzhəb ayrıseçkiliyndən doğan terror qruplaşmalarının günahsız insanların məhv edilməsini kəskin şəkildə pisləyib.O, İŞİD radikal dindar qruplaşmasını tovbə etməyə çağırıb. Deməli, bu məsələdə həm ehtiyatlı, həm də gözüaçıq olmalıyıq.    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı