Modern.az

Kaliforniyada 2 polis öldürülüb

Kaliforniyada 2 polis öldürülüb

Dünya

9 Oktyabr 2016, 10:05

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs tapançadan açdığı atəşlə iki polis işçisini öldürüb, birini isə yaralayıb. 

 

Modern.az "Anadolu Agentliyinə"istinadən xəbər verir ki, hadisə ötən gün Palm-Sprinqs şəhərində baş verib.Növbətçi polis ailə münaqişəsini yoluna qoymaq üçün fərdi evlərdən birinə gəlib. Evin sakinlərindən biri söhbət əsnasında tapançasını çıxararaq polislərə atəş açıb. İki polis əməkdaşı hadisə yerində keçinib.

 

Hadisənin baş verdiyi ev onlarla polis naryadı tərəfindən əhatəyə alınıb, əraziyə həmçinin polisin xüsusi təyinatlı dəstəsi cəlb olunub. İlkin məlumata görə, cinayətkarın hələ evi tərk etmədiyi bildirilir

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı