Modern.az

İrəvandakı ABŞ səfiri Cermukda Aİ müşahidəçiləri ilə görüşdü

İrəvandakı ABŞ səfiri Cermukda Aİ müşahidəçiləri ilə görüşdü

Dünya

21 Avqust 2023, 10:18

ABŞ-ın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə missiyanın X-dəki səhifəsində paylaşım edilib.

 

Bildirilib ki, Cermukda keçirilən görüş zamanı digər məsələlərlə yanaşı, diplomat missiyanın işə başladığı dövrdən bəri patrul fəaliyyəti və təhlükəsizliklə bağlı yeniliklər barədə məlumatlandırılıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı