Modern.az

Avropa İttifaqı münaqişə tərəflərini dialoqa çağırdı

 Avropa İttifaqı münaqişə tərəflərini dialoqa çağırdı

Dünya

21 Yanvar 2016, 01:16

 

Avropa İttifaqı (Aİ) Moldovada münaqişə tərəflərini dialoqa və səbirli olmağa çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında bildirilir.

Avropa İttifaqı hesab edir ki, bütün tərəflər sakitlik və təmkinliliyə əməl etməlidir.

"Biz ölkədə bütün maraqlı tərəfləri dialoqda iştirak etməyə və Moldova Respublikası üçün birlikdə irəliyə yol axtarmağa çağırıb", - deyə bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini qurumun Kişinyovdakı nümayəndə heyəti ilə sıx əlaqədədir və vəziyyəti izləyir.

Qeyd edək ki, Kişinyovda Moldova parlamentinin qarşısında baş vermiş iğtişaşlar nəticəsində xəsarət alanların sayı 15-ə çatıb. Onlardan 9-u polis əməkdaşı, 6-sı isə mülki şəxslərdir.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı