Modern.az

Bakıda 1000-ə yaxın şagird biliyini sınadı

Bakıda 1000-ə yaxın şagird biliyini sınadı

Ülke

12 Yanvar 2011, 14:26

Bakı məktəbliləri arasında keçirilən 3 turdan ibart fənn olimpiadası başa çatıb. Modern.az-a bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.  Bilik yarışının ilk mərhələsində 120 min, II mərhələsində 10 minə yaxın məktəbli iştirak edib. Yanvar ayının 9 – da keçirilən Bilik yarışının şəhər turunun sonuncu mərhələsində isə 1000 - ə yaxın şagird biliyini sınayıb.

Qeyd edək ki, IX – XI sinif şagirdləri 7 fənn - Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, informatika üzrə yarışıblar. Şagirdlər biliklərini paytaxt Bakının 3 təhsil ocağında – 8, 23 saylı orta məktəblərdə və 160 saylı klassik gimnaziyada sınayıblar. Məktəblilər kimya və biologiya üzrə 8 saylı, Azərbaycan dili və ədəbiyyat, həmçinin Azərbaycan tarixi üzrə 23 saylı, riyaziyyat, fizika və informatika fənləri üzrə isə 160 saylı klassik gimnaziyada sınaqdan keçiblər.
Nəticələr yanvarın 25–nə kimi müəyyənləşdirilib Təhsil Nazirliyinə təqdim ediləcək.  Məktəblilərin fənn olimpiadasının respublika turunun isə mart ayında baş tutması gözlənilir.

Bilik yarışının respublika turunda qalib gələn XI sinif şagirdləri Təhsil Nazirliyinin qərarı ilə mərkəzləşdirilmiş test imtahanından azad ediləcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı