Modern.az

“Evrovision - 2011” Milli seçimlərinin finalçıları solo konsertə başlayırlar

“Evrovision - 2011” Milli seçimlərinin finalçıları solo konsertə başlayırlar

Ölkə

24 Yanvar 2011, 12:00

“Evrovision - 2011” Milli seçim turlarının 5 finalçısı yanvarın 24-dən İctimai Televiziyanın canlı efirdə solo konsert proqramı ilə çıxış etməyə başlayacaqlar. Bu barədə Modern.az saytına İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, finalçılar hər biri ayrı ayrılıqda hər gün eyni vaxtda 1 saatlıq canlı solo ifalarını nümayiş etdirəcəklər. Proqrama uyğun olaraq: yanvarın 24-də Nigar Camal, növbəti gün Aynişan Quliyeva, yanvarın 26-da  İlqarə İbrahimova, 27-də Eldar Qasımov, cümə günü isə İlhamə Qasımova televiziyanın canlı efirində səs və səhnə imkanlarını göstərəcəklər. Tamaşaçılara özlərini daha yaxından tanıda bilmək üçün ifaçılara repertuar seçimində sərbəstlik verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı