Ötən gecə yerli vaxtla 23:00 radələrində Ermənistanda Eçmiədzin şəhərin hazırkı meri Karen Qriqoryanın (deputat Manvel Qriqoryanın oğlu) avtomobili atəşə tutulub.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Karen Qriqoryanın Yerevandan qayıtdığı zaman baş verib. Hadisə zamanı merlə yanaşı onun qardaşı da maşında olub.
Yayılan xəbər də atəş açanların Kaern Qriqoryanın qarşıdakı mer seçkilərindəki rəqiblər olduğu bildirilir. Ehtimala görə, bunlar Eçmiədzin merliyinə namizədliyini irəli sürən Artur Tumanyan və sabiq mer Qraçik Abqaryandır.
İnsidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, mer seçkiləri sentyabrın 18-də keçiləcək.
Modern.az