Modern.az

Xəzərdəki hadisədə küləyin uçurduğu yaşayış budkası tapılıb  

Xəzərdəki hadisədə küləyin uçurduğu yaşayış budkası tapılıb   

Ölkə

16 Dekabr 2016, 16:56

Dünən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

SOCAR-dan verilən məlumata görə, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, vertalyot və gəmilərin sayı artırılıb.

Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı