Modern.az

Polisdə işləyən narkoman və içki düşkünləri xidmətdən qovulub

Polisdə işləyən narkoman və içki düşkünləri xidmətdən qovulub

Ölkə

26 Aprel 2011, 19:37

Narkotikdən istifadə edən 26, spirtli içkilər aludə olan 10 polis xidmətdən qovulub

Azərbaycanda digər sahələrdə olduğu kimi, polis sistemində də nöqsanlara, qanunsuz əməllərə yol verən əməkdaşlar var. Daxili İşlər Nazirliyinin məlumatına görə, belə əməkdaşlara qarşı sərt tədbirlər görülür, onlar daxili işlər orqanlarındakı xidmətdən qovulurlar, ya da digər qaydada cəzalandırılırlar.


2010-cu il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərinə görə daxili işlər orqanlarının 14133 nəfər əməkdaşı mükafatlandırılıb. Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyindən xəbər verilib.

Nazirlikdən verilən məlumata görə, 2010-cu il ərzində daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtda  nizam-intizam qaydalarının, həmçinin qanunçuluğun tələblərinin pozulması hallarına görə 3752 əməkdaş cəzalandırılıb.

2010-cu il ərzində daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə  bağlı  193 fakt qeydə alınıb, buna görə 301 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 21 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.

O cümlədən, 2010-cu il ərzində polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 174 fakt qeydə alınıb, bu cür neqativ hərəkətlərinə görə 278 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 18 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.

2010-cu il ərzində ümumilikdə, 129 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 26 nəfər, spirtli içkilərə aludəçilik göstərdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı