Modern.az

Əli Həsənovun qardaşının vəzifəsi böyüdüldü

Əli Həsənovun qardaşının vəzifəsi böyüdüldü

Ölkə

26 Aprel 2011, 23:18

Modern.az saytının xəbər verdiyi kimi, Prezident İlham Əliyev aprelin 26-da bir sıra rayonlara yeni icra başçısının təyin edilməsi barədə sərəncamlar imzalayıb. Prezidentin sərəncamı ilə yeni vəzifə postuna təyinat alanlardan biri də Ramiz Şamil oğlu Həsənovdur. Belə ki, Ramiz Həsənov Zəngilan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Modern.az saytına məlum olub ki, Ramiz Həsənov Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qardaşıdır.

Qeyd edək ki, Ramiz Həsənov bu təyinatadək bir neçə il idi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini işləyirdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı