Bu gün rəsmi şəkildə Azərbaycanda çimərlik mövsümü başa çatır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov Modern.az-a deyib ki, çimərlik mövsümü ərzində 193 nəfər xilas edilib:
“İyunun 15-dən sentyabrın 14-dək boğulma təhlükəsi ilə üzləşən 193 nəfər xilas edilib.
Onlardan 61 nəfəri qeyri-çimərlik ərazilərində, 132 nəfəri xidmətin nəzarətində olan ərazilərdə xilas edilib. Hansı ki, xilasedicilər və xilasedici texniki avadanlıqlarla təchiz olunub”.
E.Həsənov qeyd edib ki, xilas müddətində əməkdaşların xəsarət alması faktı qeydə alınıb.