Modern.az

Vaqif Səmədoğlu əməliyyat olunacaq

Vaqif Səmədoğlu əməliyyat olunacaq

Country

9 İyun 2011, 17:47

Azərbaycanın məşhur şair-yazçısı, keçmiş millət vəkili Vaqif Səmədoğlu əməliyyat olunacaq. Bu barədə Modern.az-a şairin özü məlumat verib. V. Səmədoğlu deyib ki, ayaq damarlarının artsklerozu normal yeriməkdə ona problem yaradır. Odur ki, həkimlərin tövsiyyəsi ilə əməliyyat olunmaq qərarına gəlib.
“Yeriməkdə xeyli çətinlik yaranıb. Yəqin ki, əməliyyat üçün Türkiyəyə gedəcəyəm. İndi bütün fikrim-zikrim bu əməliyyatdadır”-deyə V.Səmədoğlu deyib.

Vaqif Səmədoğlu Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.Azərbaycan Sovet Ensklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri işləyib. “Humay” mükafatı laureatıdır. 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisnin üzvü olub. Onun yazdığı bir sıra pyeslər əsasında televiziya tamaşaları çəkilb. Bu tamaşalar Azərbaycan televiziyasının qızıl fondunda saxlanılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı