Modern.az

Bakı məktəblərində yaşı 65-i ötən 2000 işçi var

Bakı məktəblərində yaşı 65-i ötən 2000 işçi var

Ölkə

6 Sentyabr 2011, 13:01

Bu gün  “Hyatt Regency” otelində Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva geniş məruzə ilə çıxış edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin strateji təhlil və kadrların idarə olunması şöbəsinin müdiri Bəhmən Nəbiyev jurnalsitlərin suallarını cavablandırarkən bildirib ki, paytaxtdakı orta məktəblərdə 65 yaşı tamam olan 2000 işçi var. Onlardan 31-i məktəb direktorudur.

B.Nəbiyev deyib ki, orta məktəblərdə 65 yaşı tamam olmuş müəllimlərin siyahısı artıq hazırdır və siyahı Təhsil Nazirliyinə göndərilib, müvafiq qərar nazirlik tərəfindən veriləcək.


Aytən ƏLİYEVA

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı