Modern.az

Fuad Mustafayev indi hardadır?

Fuad Mustafayev indi hardadır?

Ölkə

18 Avqust 2012, 13:50


Dünyanın demokratik ölkələrində belə bir ənənə var: seçkilərdə bir neçə dəfə uduzan siyasətçilər siyasətə əlvida deyirlər. Azərbaycanda da buna bənzər bir tendensiya var. Hər prezident və parlament seçkisindən sonra cəmiyyətdə siyasətçi kimi tanınan bir sıra şəxslər siyasətdən çəkilib şəxsi həyatlarını yaşamağa başlayırlar.

Azərbaycan siyasəti bu cür "itkiləri" çox yaşayıb. Xüsusən, müxalifət düşərgəsi ötən illərdə sayseçmə simaları ilə sağollaşıb.

Siyasətə əlvida deyənlərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş funksioneri Fuad Mustafayevdir. AXCP sədrinin siyasi məsələlər üzrə keçmiş müavini Fuad Mustafayev 1989-cu ildən üzvü olduğu təşkilatın aparatında çalışıb. AXC (1995-ci ildən AXCP) Ali Məclisi Rəyasət Heyətinin üzvü olub. 2000-ci ildən AXCP sədrinin siyasi məsələlər üzrə müavini idi.
O, 2007-ci ilin sentyabrında siyasətdən gedib.

Modern.az saytının məlumatına görə, F.Mustafayev hazırda Türkiyədə yaşayır. O, siyasi baxışına görə, daha  sağçı deyil, liberal-demokratdır, dini baxışına görə isə dünyəvidir.

Əməkdaşımız F.Mustafayevə müraciətə edərək hazırda nə işlə məşğul olduğunu, harada çalışdığını öyrənmək istəsə də, F.Mustafayev bu barədə danışmaq istəməyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı