“Rüstəm İbrahimbəyov gəlməsə də, işimizi davam etdirəcəyik”
“Təbii ki, biz Ziyalılar Forumu olaraq Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməsə belə, öz işini davam etdirək. Biz yenidən görüşlər keçirəcəyik. Mübarizəmizi budan sonra da davam etdirəcəyik”.
Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, kinossenarist Eldəniz Quliyev bildirib.
Bakıya gələcəyi təqdirdə Rüstəm İbrahimbəyovun həbs təhlükəsinin olduğun deyən E.Quliyev Ziyalılar Forumunun bundan sonra daha da aktiv şəkildə fəaliyyət göstərəcəyi haqda mesajlar verib:
“Rüstəm kimi ziyalıya qarşı bu hərəkətlər utanc verir. Təbii ki, biz Ziyalılar Forumu olaraq Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməsə belə, öz işini davam etdirək. Biz yenidən görüşlər keçirəcəyik. Mübarizəmizi budan sonra da davam etdirəcəyik”
Bəzi məlumatlara görə, R.İbrahimbəyov Azərbaycana gəlməyəcək və bununla da Ziyalılar Forumunun fəaliyyəti dayanacaq.
Anar RÜSTƏMOV